Artilleriya mütəxəssisi - polkovnik İlqar Mirzəyevin “Ocaq Əmanəti”
05 noyabr 2020 16:24 (UTC +04:00)

Artilleriya mütəxəssisi - polkovnik İlqar Mirzəyevin “Ocaq Əmanəti”

Həmin gün döyüşlər Qarabağda deyil, cəbhədən uzaqda - Tovuz rayonunda gedirdi. Söhbət 2020-ci il iyulun 12-14-də baş verən Tovuz döyüşlərindən gedir. Həmin günlərdə düşmən sərhəddə atəşkəsi pozaraq hücum cəhdinə keçir. Nəticədə düşmən geri çəkilsə də, silahlı qüvvələrimizin hərbi qulluqçuları şəhid olurlar. Onlardan biri “Artilleriya atası” adını alan polkovnik İlqar Mirzəyevdir.

Lent.azAPA TV”nin “Ocaq Əmanəti” layihəsini təqdim edir.

Qeyd edək ki, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun Artilleriya mütəxəssisi - polkovnik İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilərək II Fəxri Xiyabanda dəfn olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1613

Oxşar yazılar